Con Kerri: “Taliban” lideri Əfqanıstandakı ABŞ hərbçilərinə təhlükə yaradırdı”

Con Kerri: “Taliban” lideri Əfqanıstandakı ABŞ hərbçilərinə təhlükə yaradırdı”
# 22 may 2016 10:32 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerri “Taliban” lideri Mola Mənsur Əfqanıstandakı ABŞ hərbçiləri və ölkə vətəndaşlarına bilavasitə təhlükə yaratdığını bəyan edib.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, C. Kerri deyib ki, ABŞ Əfqanıstan-Pakistan sərhədində havadan Mola Mənsura istiqamətlənən dəqiq zərbə endirib.

ABŞ dövlət katibi Pakistan və Əfqanıstan liderlərinin hava zərbəsi barədə məlumatlandırıldığını da açıqlayıb. C. Kerri Pakistanın baş naziri Nəvaz Şərifə də zəng edib. Ancaq ABŞ dövlət katibi Pakistan və Əfqanıstan liderlərini hava zərbəsindən əvvəl, yoxsa sonra bu barədə məlumatlandırdıqlarını açıqlamayıb.

Qeyd edək ki, “Taliban” hərəkatının yüksək vəzifəli komandiri Molla Abdul Rauf hava zərbəsi nəticəsində Molla Mənsurun öldüyünü təsdiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR