Aralıq dənizində təyyarə qəzasında ölənlərin meyitləri Qahirəyə gərilib

Aralıq dənizində təyyarə qəzasında ölənlərin meyitləri Qahirəyə gərilib
# 22 may 2016 22:33 (UTC +04:00)

Bakı-APA. Aralıq dənizində “Egypt Air” aviaşirkətinə məxsus A320 təyyarəsinin qəzaya uğraması nəticəsində ölən sərnişinlərin qalıqları Misirin paytaxtı Qahirəyə gətirilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, meyitlərin olduğu 15 konteyner təcili yardım maşınları ilə morqa yerləşdirilib.

Misir səhiyyə nazirliyinin nümayəndəsi bildirib ki, meyitlərin şəxsiyyətlərinin müəyyən olunması üçün müvafiq DNT ekspertizası keçiriləcək. “Bu bir neçə həftə çəkə bilər”, deyə nümayəndə qeyd edib.

Hazırda Aralıq dənizindən A320 təyyarəsinin 100-dək parçası aşkarlanaraq çıxarılıb. Qeyd edək ki, göyərtəsində 66 nəfərin olduğu Paris-Qahirə marşrutu üzrə uçan “A320” təyyarəsinin Aralıq dənizinə düşməsinin səbəbi hələ də müəyyən edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR