Saatlıda yol qəzası olub, sürücü yaralanıb

Saatlıda yol qəzası olub, sürücü yaralanıb
# 28 sentyabr 2015 18:08 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı-APA. Saatlıda baş verən avtoqəzada sürücü yaralanıb.

APA-nın Mül-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Mircəlal kəndində qeydə alınıb.

Sabirabad rayonunun Suqovuşan kənd sakini, 1980-ci il təvəllüdlü Ruslan Mircəfər oğlu Sadıqov idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı beton maneə çırpılıb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü dərhal Şirvan şəhər mərkəzi xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Saatlı rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR