Sabirabadda 14 yaşlı oğlan Kürdə boğulub - YENİLƏNİB

Sabirabadda 14 yaşlı oğlan Kürdə boğulub - <span style="color: red;">YENİLƏNİB
# 24 sentyabr 2015 16:32 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabadda Kürdə boğulan 14 yaşlı oğlanın axtarışları davam etdirilir.

Sabirabad rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, sentyabrın 23-də günorta saatlarında rayonun Ulacalı kəndində kənd sakini, 2001-ci il təvəllüdlü Əhmədli Telman Seyran oğlu Kür çayında çimərkən boğulub. Kənd sakinlərinin bildirdiyinə görə, uşaq boğularkən onunla birlikdə çayda çimən həmkəndlisi Telmanı xilas etmək istəsə də, buna nail ola bilməyib.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən axtarışlar davam etdirilir.

*** *** ***

09.39

Bakı-APA. Azərbaycanın Sabirabad rayonunda bir nəfər Kürdə boğulub.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sabirabad rayonu, Ulacalı kəndində 1 nəfər Kür çayında çimərkən batıb. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən axtarışlar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR