Dövlət idarə və təşkilatları elektrik, istilik enerjisi və təbii qazdan istifadəni artırıb

Dövlət idarə və təşkilatları elektrik, istilik enerjisi və təbii qazdan istifadəni artırıb
# 15 avqust 2016 14:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 11,3 mlrd. kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, onun 82,8%-i hasilatın, 17,2%-i isə ilin əvvəlinə mövcud olan ehtiyatın hesabına formalaşıb.

Təbii qaz ehtiyatlarının 42,3%-i ölkə daxilində istehlak edilib, 35,9%-i ixrac olunub, 4,2%-i itkilər təşkil edib, 17,6%-i isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.

Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 930,4 mln. kVt.saat elektrik və 115,5 min Q.kalori istilik enerjisindən, 87,4 mln. kubmetr təbii qazdan istifadə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 17,7%, istilik enerjisindən 11,0%, təbii qazdan 7,4% çox istifadə edilib.

Bu ilin yanvar-iyun aylarında ölkənin bütün təsərrüfat subyektləri tərəfindən 9,7 mlrd. kVt.saat elektrik enerjisi istehlak edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR