Türkiyədə məskunlaşan suriyalı qaçqınların sayı 3 milyona yaxınlaşır

Türkiyədə məskunlaşan suriyalı qaçqınların sayı 3 milyona yaxınlaşır
# 12 aprel 2016 01:45 (UTC +04:00)

Bakı-APA. Türkiyə indiyədək 2 milyon 700 min suriyalı qaçqını qəbul edib, onlardan yalnız 270 mini xüsusi düşərgələrdə yerləşdirilib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə DİN-in məlumatında deyilir.

Qaçqınların əksəriyyəti ölkənin cənub və cənub-şərq bölgələrində məskunlaşıb. Onlardan ən çoxu - 400 mini Şanlıurfa əyalətindədir. Daha 400 min insan İstanbula üz tutub.

Türkiyənin cənubundakı Hatay və Qaziantep əyalətlərində isə 300 minədək qaçqın məskunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR