Puerto-Rikoda 1,5 milyon insan elektrik enerjisiz qalıb

Puerto-Rikoda 1,5 milyon insan elektrik enerjisiz qalıb
# 22 sentyabr 2016 03:41 (UTC +04:00)

Bakı-APA. Puerto-Rikoda elektrik stansiyasında baş vermiş yanğın səbəbindən 1,5 milyon insan işıqsız qalıb.

APA-nın NBC telekanalına istinadən verdiyi xəbərə görə, paytaxt San-Xose şəhərində işıqforlar işləmir, elektrik qatarlarının hərəkəti dayanıb.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.Yanğının başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR