İyunda beynəlxalq sığorta müqavilələri üzrə 64 min manata yaxın sığorta haqqı toplanıb

İyunda beynəlxalq sığorta müqavilələri üzrə 64 min manata yaxın sığorta haqqı toplanıb
# 01 iyul 2016 08:54 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İyun ayında “Yaşıl Kart” sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 827 beynəlxalq sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən xəbərə görə, bu müqavilələrdən 783 müqavilə Türkiyə və İran İslam Respublikasına, 37 müqavilə “Yaşıl Kart” sisteminə daxil olan bütün ölkələrə, 7 müqavilə isə Moldova və Ukrayna Respublikasına səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub.

İyun ayında beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 63 676 manat təşkil edib.

“Yaşıl Kart” üzrə bağlanılan müqavilələrin 703-ü minik, 62-si yük, 52-si qoşqu, 8-i avtobus, 2-si isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR