Pakistanda avtobus yük maşını ilə toqquşub, 18 nəfər ölüb

Pakistanda avtobus yük maşını ilə toqquşub, 18 nəfər ölüb
# 13 aprel 2016 04:59 (UTC +04:00)

Bakı-APA. Pakistanın Pencab əyalətində avtobus yük maşını ilə toqquşub, nəticədə 18 nəfər ölüb, 14 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə Feysalabad şəhəri yaxınlığında baş verib. Sadiqabad şəhərinə gedən avtobusda qəza baş verən vaxt 50-dən çox sərnişin olub. Polisin məlumatına görə, qəzaya səbəb avtobusun yüksək sürətlə hərəkət etməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR