Türkiyə Yunanıstandan qaçan hərbi ateşlərlə bağlı İtaliyaya şifahi nota verib

Türkiyə Yunanıstandan qaçan hərbi ateşlərlə bağlı İtaliyaya şifahi nota verib
# 12 avqust 2016 13:46 (UTC +04:00)

Bakı-APA. Türkiyənin İtaliyadakı səfirliyi İtaliya Xarici İşlər Nazirliyinə Türkiyənin Yunanıstandakı iki hərbi ateşesinin hərbi çevriliş cəhdindən sonra İtaliyaya qaçması barədə şifahi nota verib.

APA-nın məlumatına görə, bunu “RİA Novosti” agentliyinə İtaliya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

İtaliya Xarici İşlər Nazirliyinə ünvanlanan notada qeyd edilib ki, Yunanıstandan İtaliyaya gələn ateşelər Hollandiyaya yollana bilərlər.

Türkiyə Xarici İşlər Nazirliyi avqustun 7-də Yunanıstan Xarici İşlər Nazirliyinə müraciət edərək Türkiyənin Yunanıstandakı Silahlı Qüvvələr ateşesi polkovnik İlhan Yaşıtlı və hərbi dəniz ateşesi polkovnik Halis Tunçun akkreditasiyalarının ləğv edilməsini istəyib. Yunanıstan Xarici İşlər Nazirliyi də həmin gün bu polkovniklərin akkreditasiyalarını ləğv edib. Ancaq bu iki polkovnikin nə zaman Afinadan qaçdıqları bilinmir. Polkovnik İ. Yaşıtlı və polkovnik H. Tunç iyulun 29-da Afina yaxınlığındakı Salamina Hərbi Dəniz Bazasında keçirilən tədbirə dəvətli olsalar da, həmin tədbirə qatılmayıblar. Ateşelər ailə üzvləri ilə birlikdə 8 nəfərdir. Dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Türkiyədə hərbi çevriliş cəhdindən sonra Ankaraya çağrılan İ. Yaşıtlı və H. Tunç ailələri ilə birlikdə bərə ilə İtaliyaya yollanıblar.

Bu gün isə Türkiyənin müdafiə naziri Fikri İşık bildirib ki, Ankara həmin ateşelərlə bağlı artıq İtaliya tərəfi ilə əlaqə qurmağa başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR