Komitə sədri: “Sınıq körpü”də tıxacların səbəbkarı gömrük orqanları və Sərhəd Qoşunları deyil"

Komitə sədri: “Sınıq körpü”də tıxacların səbəbkarı gömrük orqanları və Sərhəd Qoşunları deyil"
# 26 avqust 2016 10:18 (UTC +04:00)

Goranboy. Azər Məmmədli – APA. Gürcüstan-Azərbaycan sərhəd keçid məntəqəsində vətəndaşların uzun müddətli gecikmələrinə demək olar ki, rast gəlinmir.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Dövlət Gömrülk Komitəsinin sədri, gömrük xidməti general leytenantı, Aydın Əliyev jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, sərhəd keçid məntəqəsində müəyyən vaxt çərçivəsində yubanma olsa da bu, gömrük orqanları və sərhəd qoşunlarının işi ilə bağlı deyil: “Gecikmə sadəcə sərhədyanı ticarətlə bağlıdır. Müəyyən bölgələrin vətəndaşları gün ərzində dəfələrlə sərhədi keçməklə bu problemləri yaradırlar. Gömrük orqanları məcburdurlar ki, ölkəyə daxil olan mallara gömrük nəzarəti həyata keçirsinlər. Bu da müəyyən gecikmələrə səbəb olur”.

A.Əliyev əlavə edib ki, Nazirlər Kabinetinin 305 saylı qərarına edilən dəyişiklikdən sonra vətəndaşlarla bu sahədə maarifləndirmə işləri aparılır.

Komitə sədri əlavə edib ki, iki gün əvvəl Dövlət Gömrük Komitəsinin sədr müavini ilə Gürcüstan gömrük xidmətinin rəhbəri Sınıq Körpü sərhəd keçid məntəqəsində görüşüb. Görüşdə diplomatlar, ölkəyə gələn qonaqların sərhəddən keçirilmələri ilə bağlı sərhəd qoşunları ilə müəyyən məsləhətləşmələr aparılıb, gələcək planlar, perspektivlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR