BMT-də milliyyətçiliyin qəhrəmanlaşdırılması ilə mübarizə haqqında qətnamə qəbul edilib

BMT-də milliyyətçiliyin qəhrəmanlaşdırılması ilə mübarizə haqqında qətnamə qəbul edilib
# 19 noyabr 2015 22:38 (UTC +04:00)

Bakı-APA. BMT Baş Assambleyasının Üçüncü Komitəsi neonasizmin, milliyyətçilik, irqçilik və ksenofibiyanın qəhrəmanlaşdırılması ilə mübarizə haqqında Rusiyanın təqdim etdiyi qətnaməni qəbul edib. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, sənəd 126 ölkə tərəfindən dəstəklənib. Kanada, Palau, ABŞ və Ukrayna qətnamənin qəbul olunmasının əleyhinə səs verib. Aİ-yə üzv dövlətlər daxil olmaqla 53 ölkə bitərəf olub.

Keçən il Kanada, Palau, ABŞ və Ukrayna BMT-də Rusiyanın təqdim etdiyi milliyyətçiliklə mübarizə haqqında qətnaməni dəstəkləməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR