Putin: “Biz heç vaxt deməmişik ki, Ukraynada müəyyən hərbi məsələləri həll edən adamlarımız yoxdur”

Putin: “Biz heç vaxt deməmişik ki, Ukraynada müəyyən hərbi məsələləri həll edən adamlarımız yoxdur”
# 17 dekabr 2015 11:20 (UTC +04:00)

Bakı – APA. “Biz heç vaxt deməmişik ki, Ukrayna ərazisində müəyyən hərbi məsələləri həll edən adamlarımız yoxdur. Lakin bu, o demək deyil ki, orada nizamlı Rusiya ordusu var”.

APA-nın məlumatəna görə, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında ukraynalı jurnalistin sualına cavabında deyib. Əsirlərin dəyişdirilməsi barədə suala cavab verən V. Putin bildirib ki, bu proses Kiyev və Donbas arasında “hamını hamıya” prinsipi əsasında həyata keçirilməlidir. Ukraynada həbs olunan rusiyalıların və Rusiyada həbsdə olan ukraynalıların dəyişdirilməsi məsələsinə gəldikdə, o bildirib ki, bu, bərabər səviyyəli olmalıdır.

O, gələn il Ukrayna ilə iqtisadi əlaqələrin pisləşəcəyini də söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR