Rusiya Dövlət Dumasının vitse-spikeri: “Türkiyə ilə hava əlaqəsi kəsilməlidir”

Rusiya Dövlət Dumasının vitse-spikeri: “Türkiyə ilə hava əlaqəsi kəsilməlidir”
# 24 noyabr 2015 13:18 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, N. Leviçev “Rosaviasiya”nın rəhbəri Aleksandr Neradkoya Rusiya təyyarələri üçün terror təhlükəsinin artması ilə əlaqədar Rusiya və Türkiyə arasında hava əlaqəsinin kəsilməsi ilə əlaqədar müraciət ünvanlayıb.

"Türkiyə hava limanlarında terror təhlükəsinə qarşı kompleks tədbirlər görülməyənədək Rusiya və Türkiyə arasında hava əlaqəsinin dayandırılmasının mümkünlüyünü nəzərdən keçirməyinizi xahiş edirəm", - deyə müraciətdə qeyd olunub.

Rusiyalı deputat “Turkish Airlines” aviaşirkətinin hazırda terror təhlükəsinin yüksək olduğu digər Türkiyə şəhərlərindən, o cümlədən İstanbuldan reyslər həyata keçirdiyini xatırladıb: "Türkiyə aeroportlarından Rusiyanın müxtəlif şəhərlərinə reyslər həyata keçirilir. Türkiyə hakimiyyətinin İŞİD-ə qarşı münasibətinin mənfi olmadığı şəraitdə döyüşçülərin Türkiyə aeroportlarına sızması ehtimalı yüksəkdir. Bu da Rusiya təyyarələri üçün terror təhlükəsini artıra bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR