Rauf Mirqədirovun məhkəməsində şahidlər ifadə verib

Rauf Mirqədirovun məhkəməsində  şahidlər ifadə verib
# 25 noyabr 2015 09:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə olan proses qapalı keçirilib.

Prosesdə şahid qismində “Turan” İnformasiya Agentliyinin əməkdaşı Fərid Qəhrəmanov, siyasi şərhçi Azər Rəşidoğlu ifadə verib.

Proses dekabrın 2-də davam etdiriləcək.

Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR