Qusarda sexdə yanğın olub

Qusarda sexdə yanğın olub
# 11 oktyabr 2015 21:01 (UTC +04:00)

Qusar. Vəli Turan - APA. Oktyabrın 11-i axşam saatlarında Qusar rayonunda yanğın hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yanğın Qusar şəhəri, Nurəddin Şərifov küçəsində Əmrulla Əliyevə məxsus məişət avadanlıqlarının təmiri sexində baş verib. Ümumi sahəsi 270 kvadrat metr olan sexin 180 kvadrat metrlik hissəsi yanıb.

Yanğının söndürülməsi üçün əraziyə Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğın söndürən maşını cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb.

Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR