"DekaBank" ötən ili 1 mln. manatdan çox zərərlə başa vurub

"DekaBank" ötən ili 1 mln. manatdan çox zərərlə başa vurub
# 29 yanvar 2016 13:57 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "DekaBank"in aktivlərinin həcmi 2015-ci ilin IV rübündə 394,089 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,28 dəfə çoxdur.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 4,35 dəfə artaraq 373,167 mln. manat olub.

Hesabat dövründə istehlak kreditlərinin həcmi 11,389 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin IV rübündə olan göstəriciyə nisbətən 53,59% çoxdur.

2015-ci ildə bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 2014-cü il ilə müqayisədə təxminən 43,83% artaraq 6,422 mln. manat olub ki, bu da kredit portfelinin 1,72%-ni təşkil edir.

Bankın depozit portfeli hesabat dövrü ərzində 52,19% artaraq 8,702 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 8,087 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 72,14% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 2,72% artaraq 55,373 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 52 mln. 767 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 33,38% artaraq 10,001 mln. manat, xərcləri isə təxminən 39,94% azalaraq 4,599 mln. manata çatıb.

2015-ci ili bank 1 mln. 84,24 min manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR