QHT sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

QHT sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb
# 08 iyun 2018 08:28 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Uşaqları Birliyinin dələduzluqda və rüşvətə təhrik etməkdə təqsirləndirilən sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.

Prokuror çıxış üçün vaxt istəyib.

Proses iyunun 14-dək təxirə salınıb.

Qeyd edək ki, K. Ağazadə Cinayət Məcəlləsinin 308.1 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.

Onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR