1 Saylı şəhər poliklinikasında 6783 nəfər pulsuz müayinədən keçib

1 Saylı şəhər poliklinikasında 6783 nəfər pulsuz müayinədən keçib
# 13 mart 2018 09:43 (UTC +04:00)

Fevralın 12-dən indiyədək 1 Saylı şəhər poliklinikasında 6783 nəfər pulsuz müayinədən keçib.

Bu barədə APA-ya poliklinikanın baş həkimi Kübra Cabbarova məlumat verib. O, bildirib ki, müraciət edənlər arasında daha çox mədə-bağırsaq və tənəffüs sistemi xəstəliklərinə rast gəlinir:

“Poliklinikaya gələn şəxs ilk olaraq terapevtin müayinəsindən keçir. Terapevt müayinə etdikdən sonra şikayətlər əsasında diaqnozdan asılı olaraq digər mütəxəssislərə yönəldilir. Bizim sahəmizə aid olan bir çox müəssisələrin əməkdaşları da müayinədən keçiblər. Məsələn, ərazidə olan teatrların əməkdaşları pulsuz müayinə olunublar. Təəssüf ki, insanlar öz sağlamlığına bir qədər laqeyd yanaşırlar. Problem ciddiləşəndə həkimə müraciət edirlər” - deyə, baş həkim bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR