Kür çayında batan şəxsin meyiti tapılıb

Kür çayında batan şəxsin meyiti tapılıb
# 22 iyun 2018 06:55 (UTC +04:00)

Kür çayında batan şəxsin meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iyunun 21-də Kür çayının Sabirabad rayonunun Muğan Gəncəli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1976-cı il təvəllüdlü Hüseynov Asəf Ağaqulu oğlunun axtarışları başa çatıb. A. Hüseynovun meyiti Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR