“Aztelekom” auditor şirkəti seçir

“Aztelekom” auditor şirkəti seçir
# 14 yanvar 2017 06:26 (UTC +04:00)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” MMC maliyyə hesabatlarının auditi xidmətlərinin satınalınması üzrə açıq tender elan edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tender 1 lot üzrə keçirilir. Tenderdə maliyyə hesabatları auditinin keçirilməsi sahəsində uğurlu təcrübəyə malik olan yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər. Tenderdə iştirak etmək istəyənlər 500 manat iştirak haqqı ödəməlidir. İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün yazılı müraciət etməli, iştirak haqqının ödənilməsi barədə bank sənədi, tender təklifi, tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatı, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanlarından arayışı, iddiaçının son üç ildəki fəaliyyəti haqqında maliyyə hesabatı, iddiaçının son üç ildəki maliyyə vəziyyəti haqqında bank arayışı, tender təklifini və müqaviləni imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti, iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri, ünvan və bank rekvizitləri, iddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədləri, iddiaçının analoji işlərdə iştirakı ilə bağlı tövsiyə məktubları, iddiaçının müştəri bazası haqqında məlumatları, tenderin Əsas Şərtlər Toplusunun tələblərindən irəli gələn digər sənədləri MMC-yə təqdim etməlidir. İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirsə, konsorsium barədə müqavilə və ya razılaşma, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri təqdim etməlidirlər.

Tender təkliflərinin qiymətləndirilməsi zamanı beynəlxalq iş təcrübəsi 10 ildən artıq olan və Brand Finance Global 500 siyahısına daxil olan şirkətlərə üstünlük veriləcək.

Tender predmeti üzrə xidmətlər satınalma müqaviləsi imzalandıqdan sonra 90 təqvim günü ərzində icra olunmalıdır. İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri 22 fevral 2017-ci il tarixinə qədər (saat 17:00-dək), tender təklifini və tender təklifinin bank təminatını isə 02 mart 2017-ci il tarixinə qədər (saat 17:00-dək) təqdim etməlidirlər. İddiaçıların təklifləri 03 mart 2017-ci il tarixində “Aztelekom”un inzibati binasında açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR