Rusiyanın Türkiyədəki səfirliyinin yerləşdiyi küçəyə Andrey Karlovun adı veriləcək

Rusiyanın Türkiyədəki səfirliyinin yerləşdiyi küçəyə Andrey Karlovun adı veriləcək
# 20 dekabr 2016 09:47 (UTC +04:00)

Rusiyanın Türkiyədəki səfirliyinin yerləşdiyi küçəyə ötən gün Ankarada qətlə yetirilmiş səfir Andrey Karlovun adı veriləcək.

APA-nın məlumatına görə, bu barədə Rusiyada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

Bu gün Moskvada Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin Suriya münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüşü də keçiriləcək.

Xatırladaq ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.

Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub.

O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR