Qətər boykotla əlaqədar kompensasiya üçün müraciətlərin qəbulu komissiyası yaradıb

Qətər boykotla əlaqədar kompensasiya üçün müraciətlərin qəbulu komissiyası yaradıb
# 09 iyul 2017 14:50 (UTC +04:00)

Qətər Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin bir ay əvvəl elan etdikləri boykotdan zərər çəkənlərin kompensasiya dair müraciətlərinin qəbul edilməsi üçün xüsusi komissiya yaradıb.

APA-nın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı Qətərin baş prokuroru Ali ben Fatısa istinadən məlumat yayıb.

Baş prokuror deyib ki, komissiya boykotdan zərər çəkənlərin müraciətlərinin qəbulu üçün mərkəzi orqan olacaq. Komissiyaya Qətər Xarici İşlər və Ədliyyə nazirliklərinin nümayəndələri daxildir. Komissiya kompensasiya dair müraciətlərin qəbulundan sonra gələcək addımlarla bağlı qərar qəbul edəcək. Bu məsələyə Qətərin yerli məhkəmələrində, eləcə də ölkədən kənarda məhkəmələrdə baxıla bilər. Baş prokuror 4 ölkənin boykot qərarından Qətərin minlərlə vətəndaşının ziyan çəkdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR