Fransada güclü meşə yanğını başlayıb

Fransada güclü meşə yanğını başlayıb
# 03 sentyabr 2017 03:59 (UTC +04:00)

Fransanın cənub-şərqindəki Var departamentində güclü meşə yanğını başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yanğının söndürülməsində 5 yanğınsöndürmə briqadası göndərilib, hazırda yanğın zonasında yerləşən “Paskalinett” kempinqinin evakuasiyası həyata keçirilir. Kempinqdə olan qonaqların sayı açıqlanmır.

100 hektar ərazini əhatə etmiş yanğının sahəsi güclü külək səbəbindən getdikcə daha da genişlənir. Yanğının söndürülməsinə hazırda 200 nəfər cəlb edilib, əlavə qüvvələrin göndərildiyi qeyd olunur. Gecə vaxtı olduğundan yanğınsöndürən helikopter və təyyarələrin cəlb edilməsi mümkünsüzdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR