Azərbaycan oxatanları 1/16 final mərhələsi uğrunda yarışacaq

Azərbaycan oxatanları 1/16 final mərhələsi uğrunda yarışacaq
# 20 iyun 2015 07:08 (UTC +04:00)

Bakı - APA. Bu gün Bakı-2015 I Avropa Oyunlarında kamandan oxatma yarışlarında kişilərin fərdi mübarizəsi davam edəcək.

Apasport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda 1/32 final mərhələsi keçiriləcək.

Azərbaycan bu yarışda 3 idmançı ilə təmsil olunacaq. İlk təmsilçimiz saat 11:36-da yarışa qatılacaq. Rusiyalı Bair Tsibekdorjiyevlə qarşılaşacaq Aleksey Kopnin isə reytinq mərhələsini 301 xalla 57-ci yerdə tamamlamışdı.

Reytinq mərhələsində 328 xalla 45-ci olan Taras Senyuk lüksemburqlu Ceff Henke llə üz-üzə gələcək. Rəqiblərin mübarizəsi saat 14:26-da başlayacaq.

314 xalla 50-ci olan Roman Vengerovun rəqibi isə fransalı Lukas Danieldi. Saat 15:44-də hədəf önünə keçəcək idmançılar qalibi müəyyənləşdirəcək.

Qeyd edək ki, 1/16 final mərhələsi iyunun 22-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR