Nazir müavini: “Gürcüstanın Azərbaycan və Türkiyə ilə Aİ-nin enerji təhlükəsizliyindəki birgə rolu artacaq”

Nazir müavini: “Gürcüstanın Azərbaycan və Türkiyə ilə Aİ-nin enerji təhlükəsizliyindəki birgə rolu artacaq”
# 05 iyul 2018 19:41 (UTC +04:00)

“Gürcüstanın tərəfdaş ölkələrlə Avropa İttifaqı üçün enerji tədarükünün diversifikasiyasında əsas rol oynaması üçün böyük potensialı var”.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Giorgi Çikovani Berlində keçirilmiş Gürcüstan-Almaniya Strateji Forumunda çıxışında deyib.

Nazir müavini “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətindən söz açıb: “Gürcüstan bu layihənin ayrılmaz hissəsi və strateji tərəfdaşıdır. “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsindən biri olan Cənubi Qafqaz boru kəməri Azərbaycanı Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirir. Gürcüstanın tərəfdaş ölkələrlə birgə Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasındakı birgə rolu artacaq. Gürcüstan şərq və qərb, şimal və cənub arasında tranzit layihələrdə iştirakını artırmaqda maraqlıdır”.

G. Çikovani həmçinin vurğulayıb ki, “Bəyaz axın” və “Transxəzər” qaz kəmərləri Rumıniya vasitəsilə şərqi və mərkəzi Avropaya böyük həcmdə qaz tədarükünü həyata keçirməyə imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR