Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək qeydiyyat başlanır

Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək qeydiyyat başlanır
# 04 iyun 2018 08:07 (UTC +04:00)

Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib iyunun 4-dən 11-dək qeydiyyatdan keçməlidirlər.

Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

İxtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 8-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR