Yaponiya sahillərində Şimali Koreyaya məxsus gəmi batıb

Yaponiya sahillərində Şimali Koreyaya məxsus gəmi batıb
# 12 yanvar 2017 02:16 (UTC +04:00)

Şimali Koreyaya məxsus yük gəmisi Yaponiyanın Naqasaki prefekturası yaxınlığında qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Fukuye adası yaxınlığında batan gəminin göyərtəsində 26 nəfər olub.

Onların hamisi Yaponiya sahil mühafizəçiləri tərəfindən xilas ediliblər. Qəzanın səbəbləri hələ ki, məlum deyil. Məlumata görə, qəzaya uğrayan gəmi düyü məhsulları daşıyırmış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR