Suriyada təyyarənin yaşayış məntəqəsinə düşməsi nəticəsində ölənlərin sayı 35-ə çatıb - YENİLƏNİB - VİDEO

Suriyada təyyarənin yaşayış məntəqəsinə düşməsi nəticəsində ölənlərin sayı 35-ə çatıb  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 03 avqust 2015 12:40 (UTC +04:00)

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bunu Suriya Mülki Müdafiə Qoşunlarının nümayəndəsi Rami Kurabi bildirib.

Onun sözlərinə görə, hökumət qüvvələrinə məxsus hərbi təyyarənin yaşayış məntəqəsinə düşməsi nəticəsində 35 mülki vətəndaş həyatını itirib, 120 nəfər xəsarət alıb.

Təyyarənin düşdüyü yerdə 6 binanın yerlə yeksan olduğu bildirilir. Məlumatlara əsasən, dağıntılar altından çoxlu sayda ölü və yaralı çıxarılıb.

Suriya İnsan Haqlarına Nəzarət Təşkilatının rəhbəri Rami Abdülrahman təyyarənin texniki nasazlıq nəticəsində qəzaya uğradığını iddia edib. Qeyd edək ki, Erixa Suriya ordusunun əsas istinadgahlarından biri olub. Bu ilin mayında isə müxalif qüvvələrin əlinə keçib. Bu arada bəzi mənbələr qəza baş verdiyi qəsəbənin Əsəd qüvvələrinin hücumuna məruz qaldığı barədə məlumat yayıb.

*** 14.15

Bakı. Türbət Bağırova - APA. Suriya ordusuna məxsus hərbi təyyarənin ölkənin şimal-qərbindəki Erixa yaşayış məntəqəsinə düşməsi nəticəsində 20 nəfər ölüb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, faciə nəticəsində onlarla insan xəsarət alıb.

Yerli sakinlərin məlumatına görə, təyyarə MİQ-23 qırıcısı olub.

Qeyd edək ki, İdlib yaxınlığında yerləşən Erixa şəhəri Suriya ordusunun əsas dayaq məntəqələrindən biri olub. Bu ilin mayında isə müxalif qüvvələr və bölgədəki silahlıların əlinə keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR