Gəncədə quldurluq edən şəxslər saxlanılıb

Gəncədə quldurluq edən şəxslər saxlanılıb
# 19 iyul 2017 10:13 (UTC +04:00)

Gəncədə quldurluq edən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 18-də Gəncə şəhərinin Gülüstan qəsəbə sakini Bəxtiyar Məmmədov Nizami (Gəncə) RPİ-yə müraciət edib iyulun 17-də qəsəbə ərazisində şəhər sakinləri Elvin Yusifovun və Ziyad Mustafayevin onu bıçaqla hədələyib 1000 manat pul, mobil telefon və təqaüd kartını verməsini tələb etmələrini bildirib.

Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Yusifov və Z.Mustafayev tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR