Hamburqda Dağlıq Qarabağa dair 2+3 formatında görüş baş tutmayıb

Hamburqda Dağlıq Qarabağa dair 2+3 formatında görüş baş tutmayıb
# 08 dekabr 2016 13:57 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

XİN-in mətbuat katibi Hikmət Hacıyevin APA-ya verdiyi məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub.

"Ermənistanın destruktiv siyasəti və görüşdən yayınmaq cəhdləri nəticəsində həmsədrlərin təklif etdiyi 2+3 (Azərbaycan, Ermənistan + Rusiya, ABŞ, Fransa) formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayıb", - deyə o vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR