Heybət dəmir yolu stansiyasında əlavə yollar salınır

Heybət dəmir yolu stansiyasında əlavə yollar salınır
# 05 fevral 2018 07:45 (UTC +04:00)

Azərbaycan dəmir yollarında proqnozlaşdırılan gələcək yük dövriyyəsi imkanlarının genişləndirilməsini nəzərə alaraq, Heybət stansiyasında ümumi uzunluğu 3,1 kilometr təşkil edən əlavə 4 stansiya yolunun qoyuluşuna başlanılıb.

Bu barədə “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

Heybət stansiyasında əlavə stansiya yollarının salınması işlərini 5 saylı İDYM MMC-nin kollektivi həyata keçirir. Müəssisənin direktor müavini Şəmsəddin Talıbov bildirib ki, hazırda torpaq yatağının işlənməsi prosesi gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR