Tillerson Rusiya ilə münasibətlərin yaxşılaşacağına ümid edir

Tillerson Rusiya ilə münasibətlərin yaxşılaşacağına ümid edir
# 15 sentyabr 2017 01:17 (UTC +04:00)

ABŞ dövlət katibi Reks Tillerson Rusiya ilə münasibətlərin yaxşılaşacağına, Suriya böhranının nizamlanacağına və Koreya yarımadasında sülhün bərqərar olacağına ümid etdiyini bəyan edib.

APA-nın məlumatına görə, R. Tillerson hazırda Dövlət Departamentində dəyişikliklər aparıldığını bildirib.

"Vəzifədə olduğum dövrdə aşağıdakı əsas məsələləri həll etmək istərdim - Şimali Koreyada sülhü bərpa etmək, Suriyadakı münaqişənin nizamlanmasına nail olmaq, Liviyadakı münaqişəni həll etmək və Rusiya ilə münasibətləri normallaşdırmaq. Ümid edirəm ki, buna nail olacağıq”, - deyə Tillerson ABŞ-ın Londondakı səfirliyində çıxışı zamanı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR