Deputat Novruz Aslanov seçiciləri ilə görüşüb

Deputat Novruz Aslanov seçiciləri ilə görüşüb
# 25 may 2018 10:57 (UTC +04:00)

Mayın 24-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, bu dəfə millət vəkili rayonun Ağbulaq kəndinin orta məktəbində seçiciləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb. Görüşə Qoşakənd kəndinin sakinləri də qatılıblar. Sakinlər müxtəlif mövzularda müraciətlər ediblər. Sosial yönümlü məsələlərlə yanaşı kəndin yolu, təbii qaz və su təchizatı məsələləri deputatın diqqətinə çatdırılıb. Deputat bu problemlərin həlli üçün müvafiq qurumlara müraciətin ediləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR