Daşkəsəndə avtomobil qadını vurub

Daşkəsəndə avtomobil qadını vurub
# 30 iyul 2017 09:21 (UTC +04:00)

Daşkəsən rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Daşkəsən şəhərində qeydə alınıb.

“VAZ2106” markalı avtomobil yolu keçmək istəyən rayon sakini 1961-ci il təvəllüdlü Səfərova Leyla Cavad qızını vurub. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR