Ukraynada zəncirvari qəza nəticəsində 23 nəfər xəsarət alıb

Ukraynada zəncirvari qəza nəticəsində 23 nəfər xəsarət alıb
# 26 sentyabr 2017 00:42 (UTC +04:00)

Ukraynanın Xarkov vilayətində ağır yol qəzası baş verib.

APA-nın “113 Ukrayna” telekanalına istinadən verdiyi məlumata görə, İzyum şəhərində sərnişin avtobusu, “MAN” markalı yük maşını və “VAZ 2121” markalı minik avtomobili toqquşub. Zərbənin gücündən avtobus yolun kənarındakı dirəyə çırpılıb.

Qəza nəticəsində 10-u uşaq olmaqla 23 nəfər xəsarət alıb. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Qəzanın səbəbi müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR