Ucarda mağazadan oğurluq edilib

Ucarda mağazadan oğurluq edilib
# 31 mart 2018 15:54 (UTC +04:00)

Ucarda oğurluq hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında şəhərin 20 Yanvar küçəsində yerləşən mağazada qeydə alınıb. Alim Namət oğlu Məmmədov ona məxsus ərzaq mağazasından 8 min manatlıq oğurluq edildiyini bildirib.

Bu, müharibə veteranı olan A. Məmmədova məxsus mağazadan ikinci oğurluq hadisəsidir. İlk hadisə ötən il baş verib.

Hadisə barədə rayon Polis Şöbəsinə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR