Şəmkir sakinini qatar vuraraq öldürüb

Şəmkir sakinini qatar vuraraq öldürüb
# 07 aprel 2018 07:11 (UTC +04:00)

Şəmkirdə 64 yaşlı kişini qatar vuraraq öldürüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düyərli kəndi ərazisindən keçən dəmir yol xəttində baş verib.

Kənd sakini, 1954-cü il təvəllüdlü Seyidməmməd Heydərov dəmir yol xəttinə yaxın hərəkət edərkən yük qatarı onu vurub. S. Heydərov hadisə yerində ölüb.

Məlumata görə, 64 yaşlı kişi lal və kar olduğundan qatarın siqnalını eşitməyib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR