Rusiyada azərbaycanlı tərəfindən dünya çempionunun qətli ilə bağlı 2 nəfər saxlanılıb

Rusiyada azərbaycanlı tərəfindən dünya çempionunun qətli ilə bağlı 2 nəfər saxlanılıb
# 24 avqust 2017 10:26 (UTC +04:00)

Rusiyada azərbaycanlı tərəfindən pouerliftinq üzrə dünya çempionunun qətli ilə bağlı 2 nəfər saxlanılıb.

APA-nın Rusiyanın İstintaq Komitəsinin Xabarovsk vilayəti üzrə istintaq idarəsinin saytına istinadən verdiyi məlumata görə, Rusiya Milli Qvardiyasının vilayət üzrə idarədən kənar mühafizə xidmətinin iki əməkdaşına qarşı səhlənkarlıq maddəsi ilə cinayət işi başladılıb.

İstintaqın versiyasına əsasən avqustun 20-də Xabarovsk şəhərinin mərkəzindəki ticarət mərkəzinin mühafizəçisi binanın qarşısında insanların dava üçün toplandığını görərək həyəcan siqnalını işə salıb. Hadisə yerinə gələn İdarədənkənar Mühafizə xidmətinin 2 əməkdaşının gözünün qarşısında azərbaycanlı Anar Allahverənov və rusiyalı idmançı Andrey Draçyov arasında münaqişə baş verib. Azərbaycanlı qarşı tərəfə ayaq və əlləri ilə zərbələr endirib. Mühafizə əməkdaşları öz vəzifələrini yerinə yetirməyərək onlara müdaxilə etməyib, daha sonra davanı törədən şəxsi saxlamayıb və polis bölməsinə təhvil verməyiblər və hadisə yerini tərk ediblər.

Daha sonra tərəflər arasında münaqişə davam edib və Anar Allahverənov Andrey Draçyova ölümcül zərbələr endirib. Ölümün səbəbi kəllə beyin travması olub.
Hadisədən dərhal sonra şübhəli şəxs qaçıb və o federal axtarışa verilib. Hazırda onun yeri barədə məlumat üçün 15 min manata yaxın pul mükafatı təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR