Yunanıstanda yanğınla əlaqədar boşaldılmış evlərdən oğurluq edənlər yaxalanıb

Yunanıstanda yanğınla əlaqədar boşaldılmış evlərdən oğurluq edənlər yaxalanıb
# 25 iyul 2018 11:45 (UTC +04:00)

Yunanıstan polisi tərəfindən Afinanın şərqindəki qəsəbələrdən birində yanğınla əlaqədar tərk edilmiş evlərdə oğurluq edən 4 nəfər saxlanılıb.

APA-nın “Sputnik Yunanıstan” agentliyinə istinadən verdiyi xəbərə görə, 22-26 yaşlarında olan şəxslər Neos Voutzas kəndi istiqamətində yaxalanıb. Onlar yanğınla əlaqədar boşaldılmış evlərə girərkən yaxalanıblar.

Qeyd edək ki, Yunanıstanda dəhşətli meşə yanğınlarında ölənlərin sayı 74-ə çatıb. Faciə ilə əlaqədar ölkədə 3 günlük matəm elan edilib. Paytaxt Afinanın da daxil olduğu Attika bölgəsində fövqəladə vəziyyət elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR