İraqda “Türkmeneli” telekanalının xəbər müdiri öldürülüb

İraqda “Türkmeneli” telekanalının xəbər müdiri öldürülüb
# 21 oktyabr 2016 22:11 (UTC +04:00)

Bakı-APA. İraqın Kərkük şəhərində “Türkmeneli” telekanalının xəbər direktoru Əhməd Nəcməddin Haceroğlu öldürülüb.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə türkmənlərin Ərbil şəhərindən olan millət vəkili Aydın Maruf bildirib.

Onun sözlərinə görə, İŞİD-in hücumlarını işıqlandırmaq istəyən jurnalist avtomobilə edilən hücum nəticəsində həyatını itirib.

Məlumata görə, Kərkükdə təhlükəsizlik tədbirləri gücləndirilsə də, hərbçilər və mülki vətəndaşlar İŞİD snayperlərinin hədəfinə tuş gəlirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR