Yəmən paytaxtına endirilən hava zərbələri nəticəsində 90 nəfər ölüb, azı 300 nəfər yaralanıb

Yəmən paytaxtına endirilən hava zərbələri nəticəsində 90 nəfər ölüb, azı 300 nəfər yaralanıb
# 13 may 2015 00:54 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının döyüş təyyarələrinin Yəmən paytaxtı Sanaya endirdiyi hava zərbələri nəticəsində 90 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hava hücumu nəticəsində azı 300 nəfər yaralanıb.

Məlumata görə, dinc əhali arasında ən çox itki Sananın Hakm rayonunda qeyd alınıb. Ölənlər arasında çoxlu sayda qadın və uşaqların olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR