Sabah Azərbaycanın bəzi ərazilərində qısa müddətli yağış yağacaq

Sabah Azərbaycanın bəzi ərazilərində qısa müddətli yağış yağacaq
# 25 iyun 2015 09:34 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 31-36 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun 24-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 24-29 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR