UNEC rektoru 600-dən yuxarı bal toplayaraq ali məktəbə qəbul olunan tələbələrlə görüşüb - FOTOSESSİYA

UNEC rektoru 600-dən yuxarı bal toplayaraq ali məktəbə qəbul olunan tələbələrlə görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 11 sentyabr 2015 14:22 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov sentyabrın 11-də ali məktəbə 600-dən yuxarı bal toplayaraq qəbul olunan tələbələrlə görüşüb.

UNEC-in Marketinq və Kommunikasıya Departamentindən APA-ya verilən məlumata görə, rektor İqtisad Universiteti haqqında ətraflı məlumat verib, ali təhsil ocağının beynəlxalq əlaqələrindən söz açıb.

UNEC-də ən müasir texnalogiyaların tətbiq edildiyini vurğulayan rektor əlavə edib ki, yeni tədris ilindən ölkədə ilk dəfə olaraq İqtisad Universitetində təhsil prosesinin tam elektronlaşdırılması prosesinə start verilib.

UNEC-ə 600-dən yüksək bal toplayaraq qəbul olunan tələbələrin sayı 103 nəfərdir. Bu rəqəm ötən il 93, ondan öncəki il isə 49 olub. Bu dinamika bizi çox sevindirir deyən rektor əlavə edib ki, 600-dən yuxarı bal toplayan hər bir tələbəyə bir semestr boyunca universitet hesabına 100 manat məbləğində əlavə təqaüd veriləcək. Bundan başqa, imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə əlaçı təqaüdü veriləcək. Bunlar ödənişli, əyani və ya qiyabi təhsil alan tələbələr də ola bilər.

UNEC-ə yüksək bal toplayan tələbələrin əksəriyyəti (51 tələbə) UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul olunub. Yeni yaranan bu məktəbdə interaktiv metodlarla təşkil olunan tədris bütövlükdə ingilis dilində aparılır və dünya iqtisadiyyatı, maliyyə, mühasibat uçotu, iqtisadiyyat və biznes inzibatçılığı ixtisasları üzrə bakalavr təhsili, dünya iqtisadiyyatı və maliyyə ixtisaslarında isə magistr təhsili təşkil olunur. Dərsləri UNEC-in və dünyanın aparıcı universitetlərinin müəllimləri keçir.

Yüksək bal toplayan tələbələrin 36 nəfəri isə Maliyyə fakültəsində təhsil alacaqlar.

Görüşün sonunda tələbələrə tələbə biletləri təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR