"Bank VTB (Azərbaycan)" sentyabrdan dövlət xətti ilə ipoteka kreditlərinin verilməsinə başlaya bilər

"Bank  VTB (Azərbaycan)" sentyabrdan dövlət xətti ilə ipoteka kreditlərinin verilməsinə başlaya bilər
# 10 iyun 2015 13:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bank VTB (Azərbaycan)”ın Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil kredit təşkilatı olmasına razılıq verilib.

"APA-Economics"in məlumatına görə, bu barədə “Bank VTB (Azərbaycan)”ın pərakəndə biznesin inkişafı departamentinin direktoru Tural Vəliyev bankın təşkil etdiyi press-tur çərçivəsində məlumat verib.

Onun sözlərinə görə, hazırda bank və AİF arasında əməkdaşlıqla bağlı müqavilə imzalanma mərhələsindədir: “Hazırda müqavilənin şərtləri ilə tanış oluruq. Bu ayın sonuna kimi, bütün proseslər bitəcək. İpoteka Fondunda standart prosedurlar var. Bank akkreditasiya olunandan sonra bir sıra şərtlər və limitin ayrılması məsələsi var. Bizdə olan məlumatlara görə, 2015-ci il üçün artıq bütün limitlər verilib. Çox güman ki, bu ilin avqust ayına yaxın Milli Məclis fonda yenidən limit ayrılması məsələsinə baxsın. Bu zaman ola bilsin ki, bankımıza da limit ayrılmasından söhbət gedə bilər”.

Departament direktoru əlavə edib ki, iyul ayından bank AİF-in şərtləri ilə ipoteka krediti verməyə hazır olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR