Misirdə mebel fabrikində baş verən yanğın nəticəsində 24 nəfər ölüb

Misirdə mebel fabrikində baş verən yanğın nəticəsində 24 nəfər ölüb
# 28 iyul 2015 17:19 (UTC +04:00)

Bakı-APA. Misirin Əl-Ubur şəhərində mebel fabrikində güclü yanğın baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 24 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb.

Məlumata əsəsən, günün birinci yarısında başlayan yanğın müəssisənin böyük ərazisini əhatə edərək onlarla fəhlənin binanı tərk etməsinə imkan verməyib.

Misir səhiyyə nazirliyindən bildiriblər ki, xəstəxanalara ağır vəziyyətdə çatdırılan yaralıların bir neçəsinin həyatını xilas etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR