Bağdadda baş vermiş iki partlayış nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Bağdadda baş vermiş iki partlayış nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb
# 06 avqust 2015 01:39 (UTC +04:00)

Bakı-APA. İraqın paytaxtı Bağdadda iki minalanmış avtomobilin partladılması nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, paytaxtın Sədr-Siti bölgəsində törədilən partlayışda 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

Digər terror aktı Bağdadın əl-Hüseyniyyə qeydə alınıb. Burada baş verən partlayış 4 nəfərin həyatına son qoyub, 11 nəfər yaralanıb.

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR