® "Lenovo" Bakıda ofis açır - FOTOSESSİYA

<font color=red>® </font> "Lenovo" Bakıda ofis açır - <span style="color: red;">FOTOSESSİYA
# 09 iyun 2015 07:20 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Fərdi kompüter istehsalı həcminə görə dünya birincisi, Rusiya və MDB ölkələri bazarlarında dinamik inkişaf edən şirkətlərdən biri “Lenovo”nun Azərbaycan ofisinin açılışını elan edir.

APA-Economics” xəbər verir ki, Bakı ofisi “Lenovo” məhsullarının Azərbaycanda inkişafına cavabdeh olacaq.

"Lenovo" şirkəti fərdi kompüter üzrə korporativ və istehlak bazarında sabit artım tempi nümayiş etdirir. Bütün bunlar "Lenovo" şirkətinin öz biznesi üçün möhkəm platforma qurduğunu və dünyanın hər bir ölkəsində lider olmaq istədiyi kimi Azərbaycanda da bu niyyətdə olmasından xəbər verir.

"Lenovo" şirkətinin Azərbaycandakı rəsmi ofisinin açılışı iyunun 15-də baş tutacaq. Ofis Xətai rayonu, Xocalı pr. 55, AZ1025 ünvanı, 7-ci mərtəbədə yerləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR