ABŞ-da polis idarəsini atəşə tutan şəxs öldürülüb

ABŞ-da polis idarəsini atəşə tutan şəxs öldürülüb
# 14 iyun 2015 01:25 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polisin açıqlamasına əsasən, naməlum şəxs idarə etdiyi mikroavtobusu polis idarəsinin qarşısında saxlayıb. Polis əməkdaşları ona yaxınlaşarkən sürücü qəfil avtomobili onlara tərəf sürərək vurmağa cəhd edim. Bundan sonra isə polis əməkdaşlarına odlu silahdan atəş açıb və hadisə yerini tərk edib.

Polis əməkdaşları tərəfindən müəyyən müddət təqib olunan silahlı şəxs avtomobili saxlayaraq üzərində partladıcı qurğunun olduğunu və onu işə salmaq niyyətində olduğunu bildirib. Adının Ceyms Buluer olduğunu bildirən şəxs danışıqlar zamanı qeyd edib ki, polis əməkdaşları onu uşağından ayırıb, özünü isə terrorçuluqda ittiham edib.

Silahlı şəxsin təslim olmaq niyyətində olmadığını görən polis avtomobili iriçaplı snayper silahından atəşə tutub. Nəticədə sürücü aldığı güllə yaralarından hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR