Azad Rəhimov: “Ölkəmizdə keçirilәcәk növbәti beynәlxalq idman yarışları ilә bağlı artıq işçi qrupları yaradılıb”

Azad Rəhimov: “Ölkəmizdə keçirilәcәk növbәti beynәlxalq idman yarışları ilә bağlı artıq işçi qrupları yaradılıb”
# 17 iyun 2015 09:11 (UTC +04:00)

APA-nın mәlumatına götә, bunu gәnclәr vә idman naziri Azad Rәhimov deyib.

Nazir bildirib ki, şahmat üzrә dünya çempionatına hazırlıqla əlaqədar ofis yaradılıb: "Hazırda plan tərtib olunur. Bu sahәdә problem yoxdur. Әsas işlәr yarışa yaxın başlayacaq. “Formula 1” yarışı ilә bağlı da qruplar gәlir. Burada әsas mәsәlә asfalt örtüyünün dәyişdirilmәsidir".

Nazir “Avro2020”yә xeyli vaxtın qalmasına baxmayaraq, bu istiqamәtdә dә artıq işçi qrupu işlәyir.


Nazir Avropa Oyunlarının yarışçılar üçün böyük sınaq olduğunu bildirib: “12 idman növü üzrә yarışlarda “Rio 2016” üçün vәsiqә qazanılacaq. Bu yarışlara bir il qalıb. Yarışlar idmançıların hәmin oyunlara psixoloji durum vә gәrginlik baxımından hazırlaşması üçün әla fürsәtdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR